Tekzon Parfum
Memo African Leather güclü, isti və ekzotik xarakterli unisex ətirdir. Dəri, kardamon, zəfəran, paçuli, oud və ədviyyəli notları ilə zəngin, lüks və yaddaqalan aura yaradır.
Memo African Leather Afrika təbiətinin və vəhşi gözəlliyinin ruhundan ilhamlanan premium niş ətirdir. Kardamon və zəfəran qoxuya ədviyyəli, isti və enerjili başlanğıc verir. Dəri akkordu kompozisiyaya güclü, xarizmatik və lüks xarakter qatır. Paçuli, oud, müşk və odunsu notlar isə ətiri dərin, balanslı və uzunmüddətli sonluqla tamamlayır. Həm qadınlar, həm də kişilər üçün uyğun olan bu qoxu xüsusi tədbirlər, axşam görüşləri və soyuq havalar üçün ideal seçimdir.