Tekzon Parfum
Trussardi Uomo eleqant, isti və klassik kişi ətiridir. Sitrus, dəri, qəhvə, tonka paxlası və odunsu notları ilə güclü, cazibədar və yaddaqalan aura yaradır.
Trussardi Uomo müasir kişi zərifliyini italyan klassikliyi ilə birləşdirən xarakterli ətirdir. Berqamot və limon qoxuya təravətli başlanğıc verir, qəhvə və bənövşə yarpağı kompozisiyaya fərqli və dərin xarakter qatır. Dəri, tonka paxlası, paçuli və odunsu notlar isə ətiri isti, maskulin və yaddaqalan sonluqla tamamlayır. İş görüşləri, gündəlik istifadə və axşam tədbirləri üçün ideal seçimdir.